AZ

"Yuventus"u "Roma"ya dəyişir?

"Yuventus"un və Serbiya millisinin yarımmüdafiəçisi Filip Kostiç İtaliyada komandasını dəyişə bilər.

90deqiqe.Az-ın "Calciomercato"ya istinadən məlumatına görə, "Roma" serbiyalı vingeri almaq üçün Turin klubuna rəsmi müraciət göndərib.

Qeyd olunur ki, 31 yaşlı futbolçunun xidmətində romalıların baş məşqçisi Daniele De Rossi şəxsən maraqlanır.

Kostiç 2022-ci ilin yayından Turin klubunda çıxış edir. Bu mövsüm futbolçu bütün yarışlarda 28 oyun keçirib və bu matçlarda partnyorlarına 4 məhsuldar ötürmə edib. Serbiyalı futbolçunun "Yuventus"la müqaviləsi 2026-cı ilə qədərdir.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla