AZ

Bu dərmanları həkim məsləhəti olmadan istifadə etməyin — XƏBƏRDARLIQ

“Həkim məsləhəti olmadan qan duruldan dərmanlardan istifadə etmək mənfi nəticələrə səbəb ola bilər”. 

Demokrat.az
Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri türkiyəli mütəxəssis Rəmzi Sarıqaya deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyasından sonra qan duruldan dərmanların istifadəsində artım müşahidə olunub:

“Lakin həkim məsləhəti olmadan istifadə edilən bu vasitələr xeyirdən çox zərər verir. Hətta bir çox mənfi hallarla nəticələnə bilər. 

Bu dərmanlar, bədəndəki xoranın qanamasına və beyin qanamasına səbəb ola bilər. 

Sözügedən vasitələrdən istifadə etmək yerinə digər üsullara da üz tutmaq olar.

Qeyd edək ki, ürək-damar xəstəliklərindən qorunmaq üçün müntəzəm idman etmək dərmanlardan daha faydalıdır”.

Aysu
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla