AZ

ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb

"Böyük nüvə dövləti üçün nüvə arsenalı ilə təhdid etmək və onun potensial olaraq istifadəsinə eyham vurmaq ağılsızlıq və məsuliyyətsizlikdir..."
 
ABŞ hazırda Rusiya tərəfindən aqressiv ritorikaya rəğmən, nüvə silahından istifadə edilməsi ehtimalı ilə bağlı gerçək addımları görmür.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqləndiricisi Con Kirbi bəyan edib. Məlumatı "Amerikanın səsi" yayıb.
 
"Əgər Putin və Rusiyanın rəsmi şəxsləri qoşunlarının Ukraynada başqa dövlətlərdə istehsal edilən silahlarla məhv edilə biləcəyindən narahatdırsa, o zaman bundan yan keçməyin ən asan üsulu, sadəcə, öz qoşunlarını çıxarmaqdır", - Kirbi deyib.
 
Bu zaman o, əlavə edib ki, ABŞ hələlik Rusiya tərəfindən aqressiv ritorikaya rəğmən, nüvə silahından istifadə edilməsi ehtimalı ilə bağlı gerçək addımları görmür.
 
"Böyük nüvə dövləti üçün nüvə arsenalı ilə təhdid etmək və onun potensial olaraq istifadəsinə eyham vurmaq, sadəcə, ağılsızlıq və məsuliyyətsizlikdir. 
 
Aydındır ki, biz hazırda bunu izləyirik və əvvəllər də diqqətlə izləməkdə davam etmişik.
 
Sizə demək istəyirəm ki, hətta ağılsız ritorikaya rəğmən, bizim strateji çəkindirməklə bağlı mövqeyimizin dəyişməsinə vadar edəcək heç nə görməmişik", - o, vurğulayıb.
 
Rusiyanın nüvə təhdidləri-bəlli olanlar
 
Bu ərəfədə Putin orduya taktiki nüvə silahı ilə hərbi təlimlər keçirməyi tapşırıb.
 
Təlimlərin başlama tarixi açıqlanmır, təkcə onların yaxın zamanlarda keçiriləcəyi bəllidir".
 
Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, təlimlər "Qərbin ayrı-ayrı rəsmi şəxslərinin təxribatçı bəyanatları və təhdidlərinə cavab olaraq" keçiriləcək.
 
O cümlədən söhbət Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyündən gedir.
 
Eyni zamanda Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri qeyd edir ki, Kreml nüvə təhdidləri və diplomatik manipulyasilardan Qərbdə qərarların qəbul edilməsinə yönələn refleksiv nəzarət kampaniyasının aparılması üçün istifadə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
1
Mənbələr
Şərh ()
Bağla