AZ

İran Pakistandan deportasiya edilən əfqan miqrantlarla qəddar rəftar edib

Pakistan və İrandan zorla deportasiya edilmiş əfqan miqrantlar beynəlxalq ictimaiyyəti bu ölkədəki acınacaqlı vəziyyətlərinə diqqət yetirməyə çağırıb.

TOLO news-un verdiyi məlumata görə, İrandan qayıdan mühacirlər orada İran hökumət qüvvələri tərəfindən döyüldüklərini, işgəncələrə məruz qaldıqlarını deyiblər.

Təxminən iki il ailəsi ilə İranda yaşadıqdan sonra deportasiya edilən Bəsir mediaya bildirib ki, İran hüquq-mühafizə orqanının əməkdaşları axtarış zamanı onları döyərək qabırğalarını sındırıb. Salahuddin adlı digər əfqan deyib ki, onlar Pakistandan İrana gedib, orda işgəncələrə məruz qalıblar.

“Taliban”ın Qaçqınlar və Repatriasiya Nazirliyinin məlumatına görə, mayın 1-də İrandan 2800-ə yaxın əfqan miqrant həm könüllü, həm də zorla geri qayıdıb.

Məlumata görə, İran və Pakistanda təxminən 7,7 milyon əfqan vətəndaşı var, onlardan təxminən 1,6 milyonu 2021-ci ildən Əfqanıstana deportasiya edilib.

Bununla yanaşı, Beynəlxalq Amnistiya və bəzi insan haqları təşkilatları əfqanıstanlı miqrantların Pakistandan çıxarılması prosesinin davam etməsindən narahatlıqlarını bildirib və bu tendensiyanın dayandırılmasını tələb ediblər.

Bu arada, İslam Əmirliyinin Pakistanın Kəraçi şəhərindəki konsulu ölkə hakimiyyətini əfqan miqrantlara geri qayıtmaq üçün əlavə vaxt verməyə çağırıb.

AzPolitika.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla