AZ

Ağdamda da Heydər Əliyevlə bağlı konsert proqramı təşkil edildi - Fotolar

Bu gün Ağdam Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib.

Ağdam Muğam Mərkəzində davam edən tədbirdə öncə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Heydər Əliyevin hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət olmasından, Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımların onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər olmasından, bu gün Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində uğurla inkişaf etməsindən bəhs ediblər.

Tədbirin gedişində Bakı Kamera Orkestrinin müşayiəti ilə xalq artistləri Nəzakət Teymurovanın, Aygün Bayramovanın, əməkdar artistlər Fehruz Səxavətin, Səbuhi İbayevin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilib.






Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla