AZ

Danimarka Ukraynaya humanitar yardım üçün 33,5 milyon avro ayıracaq

Danimarka əhalinin ən həssas təbəqəsinin əsas ehtiyaclarını ödəmək üçün Ukraynaya 250 milyon DKK (33,5 milyon avro) dəyərində yeni humanitar yardım paketi elan edib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Danimarka Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Paket ən çox zərər çəkmiş bölgələrdə ukraynalılara qida, dərman, su və sığınacaq şəklində əsas təcili yardımı təmin edir.

Vəsait həm də qış ərəfəsində Ukrayna evlərinin izolyasiyasına və humanitar minatəmizləmə işlərinə sərf olunacaq.

Maliyyələşdirmənin böyük hissəsi “Danimarka vətəndaş cəmiyyətinin Ukraynada mövcud olan strateji tərəfdaşları”, qalan hissəsi isə BMT-nin ixtisaslaşmış qurumları vasitəsilə bölüşdürüləcək.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla