AZ

"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 

"Aleksandr Nevski düşmənlərə aman verməyib, amma müqəddəs adam kimi şöhrət qazanıb..."
 
"Putinin andiçmə mərasimi Rusiyanı təcavüzkar dövlətə, hakim rejimi diktaturaya çevirən adamın az qala ömürlük hakimiyyətdə olmasının qanuniliyi illüziyasını yaratmağa yönəlib..."
 
Putinin inauqurasiya mərasimində maraqlı olaylar
 
Vladimir Putin beşinci dəfə and içib və rəsmən Rusiya prezidenti vəzifəsinə başlayıb. Mərasim Böyük Kreml Sarayında keçib və Rusiya KİV-ləri tərəfindən yayımlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "rtvi.com" nəşri yazıb.
 
İnauqurasiya mərasiminə Putin Rusiyanın yenilənmiş "Aurus Senat" limuzinində gəlib.
 
Patriarx Kirill Putinə xeyir-dua verərək ona "əsrin sonunadək" hakimiyyətdə qalmasını arzulayıb.
 
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətdə olmağınızın sonu olsun", - o, deyib.
 
Putinə müraciətində Kirill  çaşaraq onu "Zati-Aliləri" adlandırıb, sonra müharibədə insanların qətlinə dəstək ifadə edib: 
 
"Sizə də, mənə də yaxın olan knyaz Aleksandr Nevskini xatırlamaq kifayətdir, çünki biz ikimiz də Sankt-Peterburqdanıq. O, düşmənlərə aman verməyib, lakin müqəddəs adam kimi şöhrət qazanıb".
 
Mərasimdə Putini təşviq edənlərin hamısı-aktyorlar Mixail Poreçenko və Vladimir Maşkov, "Lyube" qrupunun solisti Nikolay Rastorquyev, təbliğatçı Marqarita Simonyan və əri Tiqran Keosayan, əslən Ukraynanın Odessa şəhərindən olan müğənni Larisa Dolina, bəstəkar Aleksandra Paxmutova, vokalçı "Şaman" (Yaroslav Dronov), müğənni Stas Mixaylov, amerikalı aktyor Stiven Siqal və Putinin Ukraynada müharibəsinə dəstək verən digər yaradıcı xadimlər iştirak edib.
 
Təntənəli mərasimə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov da təşrif buyurub. O, üst geyimində kömək üçün iki nəfərlə gəlib.
 
Şərhçilərin fikirləri haçalanıb, ya çeçen hakimi özünü barin qismində təqdim edib, ya da səhhətinin pisləşməsi səbəbindən paltosunu özü soyuna bilməyib.
 
Putinin inauqurasiya mərasimindəki çıxışından başlıca məqamlar:
 
- biz bu çətin mərhələni uğurla keçəcək, daha da güclənəcəyik;
 
- Rusiya tərəfdaşları ilə birlikdə çoxqütblü dünyanın formalaşdırılması üzrə işini davam etdirəcək;
 
- Rusiyanın dövlət sistemi çevik olmalı, irəliyə getməyə imkan verməlidir;
 
- Rusiya özünün minillik tarixi və əlçatmaz zirvələri fəth edən əcdadları qarşısında imtahan verir;
 
- əsl böyük məqsədlərə yalnız xalqla birlikdə nail olmaq olar;
 
- biz vahid və böyük xalqık və birlikdə maneələri dəf edəcək və düşündüklərimizi həyata keçirərək qalib gələcəyik.
 
Bu, Putinin beşinci prezidentlik müddətidir. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mart ayında keçirilən prezident seçkilərində o, seçicilərin 87, 3 faiz səsini qazanıb. 
 
Elektoral analitik İvan Şukşin və "Mühüm tarixçələr" nəşrinin jurnalistləri bu nəticəyə gəlib ki, Putinə kağız bülletenlərlə 22 milyondan az olmayaraq verilən səslər saxtalaşdırıla bilərdi.
 
Putin 2000-ci ildən hakimiyyətdədir. O, 2000-ci illərdə iki dəfə-2000 və 2004-cü illərdə prezident seçilib. O zaman prezidentlik müddəti dörd il olub. 
 
2008-ci ildə Putin və o zamankı hökumət başçısı rokirovka edib: Dmitri Medvedev prezident, Vladimir Putin isə baş nazir olub.
 
2012-ci ildə Putin üçüncü müddətə seçilib və elə həmin ildə prezidentlik səlahiyyətləri dörd ildən altı ilədək artırılıb.
 
2018-ci ildə o, dördüncü dəfə prezident olub. 
 
2020-ci ilin yayında Rusiyada Konstitusiyaya edilən düzəlişlər ona yenidən daha iki dəfə dövlət başçısı postuna namizədliyini irəli sürməyə və 2036-cı ilədək hakimiyyətdə qalmağa imkan verib.
 
Bu il inauqurasiya mərasimində Avropa İttifaqının yalnız altı ölkəsinin-Fransa, Macarıstan, Slovakiya, Yunanıstan, Kipr və Malta nümayəndələri iştirak edib. Qərb ölkələrinin əksəriyyəti bu tədbiri görməzdən gəlib.
 
Ukrayna XİN fikrincə, Putinin andiçmə mərasimi "Rusiyanı təcavüzkar dövlətə, hakim rejimi isə diktaturaya çevirən adamın az qala ömürlük hakimiyyətdə olmasının qanuniliyi illüziyasını" yaratmağa yönəlib".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla