AZ

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"iPhone 16" seriyalı smartfonlar "Apple" tarixində ən geniş rəng seçimlərini təqdim edəcək. 

Valyuta.az xəbər verir ki, bu barədə "MacRumors" portalı "Fixed Focus Digital"ə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, "iPhone 16 Plus" modeli yeddi rəng variantında təqdim olunacaq: mavi, çəhrayı, sarı, yaşıl, qara, ağ və bənövşəyi. 

Bundan əlavə, "iPhone 16 Pro" mavi rəngini itirəcək və bu rəng çəhrayı korpusla əvəz olunacaq. Bu model qara, ağ və boz rənglərdə də təklif olunacaq.

Həmçinin qeyd edilir ki, "təbii titan" (boz) və ağ çalarları keçən ilki "iPhone 15 Pro" modelində təqdim olunanlardan bir qədər fərqlənəcək.

Bu məlumatın nə dərəcədə doğru olduğu hələ də bəlli deyil. Əvvəlki sızıntılar artıq yeni "iPhone" xəttinin həqiqətən də geniş rəng çeşidi təklif edəcəyini bildirib.

"iPhone 16"nın təqdimatı 2024-cü ilin payızında gözlənilir. Şayiələrə görə, smartfonlar modeldən asılı olaraq 3nm "Apple A18" və "Apple A18 Pro" çipləri alacaq və qadcetlərin sağ tərəfində kameranı işə salmaq üçün yeni düymə görünəcək.

Paşa Məmmədli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla