AZ

Sevgidə ən uğursuz BÜRCLƏR!

Bəzi insanlar sevgi tapmaqda çətinlik çəkirlər. Astrologiya sevgidə tez-tez uğursuz olan 4 bürc var.

BAKU.WS xarici mediaya istinadən sözügedən bürcləri təqdim edir:

Xərçəng

Xərçəng bürcü insanları çox həssas və emosionaldır. Sevməyi və sevilməyi sevən Xərçənglər duyğularını çox dərindən hiss edirlər.

Xərçəng bürcləri çox emosional olduqları üçün ürəkləri çox qırılır. Münasibətləri pozulursa, onların sağalması uzun müddət tələb edir.

Qız

Qızlar da sevgi və münasibətlərdə çox şanssız bürclərdəndir. Birini sevəndə bütün qəlbləri ilə sevirlər.

Qızlar aşiq olmaqda çox çətin anlar yaşayırlar. Bu bürcün nümayəndələri heç vaxt sevgi və münasibətlərlə bağlı ümidlərini itirmirlər. Ancaq mükəmməl olanı axtardıqları üçün əsl sevgini tapmaları uzun zaman alır.

Oğlaq

Oğlaqlar iş həyatında olduğu kimi şəxsi həyatlarında da çox ciddidirlər. Oğlaqlar sevgi və münasibətlərdə çox seçicidirlər.

Oğlaqlar yanlış zamanda doğru insanla və ya doğru zamanda yanlış insanla görüşürlər. Bu səbəbdən Oğlaqlar sevgidə həmişə şanssızdırlar.

Balıq

Balıqlar çox sevən tərəf olsalar da, sevgi və münasibətlərdə çox bədbəxtdirlər. Çünki insanların pis tərəflərini görməmək və ya görməkdən qaçmaq kimi bir vərdişləri var.

Onlar dünyaya çəhrayı pəncərədən baxırlar və öz xoşbəxtliklərini qurban vermək vərdişləri var. Xoşbəxtlikdən, Balıqlar nisbətən tez sağalmağa meyllidirlər və keçmişi arxada qoyurlar.

Qoç, Buğa, Əkizlər, Şir, Tərəzi, Əqrəb, Oxatan və Dolça bürclərinin gözəl eşq həyatı olur. Onlar axtardıqları sevgini dərhal tapa bilirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
2
Mənbələr
Şərh ()
Bağla