AZ

Rəsmi Moskva Kiyevlə danışıqlara hazır olduğunu bəyan etdi

Moskvanın şərtləri ilə Rusiya ilə Ukrayna arasında danışıqlar mümkündür.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.

“Ukrayna və bu marionet rejimin daşıyıcısı olduğu nasist ideologiyası uduzur. Ona görə də, əgər onlar bizim şərtlərimizlə - tam denasifikasiya, demilitarizasiya və 2022-ci ildə tələb kimi irəli sürdüyümüz digər şərtlərlə bağlı danışıqlara hazır olsalar, o zaman biz bu haqda düşünə bilərik”, - LDPR lideri bildirib.


Müəllif: Pərvin Cəfərova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
teleqraf.com

1Mənbələr