AZ

Rusiya Xarici İşlər Nazirliyi İsrail ordusunun Rəfahdakı əməliyyatını humanitar fəlakət adlandırıb

İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağının cənubundakı Rəfah şəhərində keçirdiyi hərbi əməliyyat humanitar fəlakətlə nəticələnə bilər.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə TASS-a Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Boqdanov bildirib.

 

“Bu, humanitar fəlakətdir, indi qadınlar, uşaqlar da daxil olmaqla, böyük mülki əhali var – 1,5 milyondan çox insan Qəzza zolağının cənubunda, Rəfah bölgəsində cəmləşib”, – diplomat bildirib.

 

Həmçinin mayın 7-də BMT-nin baş katibi Antonio Quterreş də İsrailin Rəfahda mümkün əməliyyatını humanitar fəlakət, həmçinin strateji səhv və siyasi fəlakət adlandırıb.

 

O, İsrail hakimiyyətini əməliyyatdan və Yaxın Şərq münaqişəsinin eskalasiyasından əl çəkməyə çağırıb.

 

Xatırladaq ki, mayın 7-də səhər saatlarında İD-nin mətbuat xidməti ölkənin şərqindəki Rəfah bölgəsində məqsədyönlü əməliyyata başladığını elan edib. Bu, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin müvəqqəti atəşkəs təklifini qəbul etməsindən bir neçə saat sonra baş verib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
252
50
Mənbələr
Şərh ()
Bağla