AZ

Aleks De Souza Türkiyə klubu ilə razılığa gəldi

Superliqa komandalarından olan "Antalyaspor" mövsümün sonunda Sergen Yalçının boşaldacağı baş məşqçi postu üçün "Fənərbağça"nın əfsanəvi futbolçularından Aleks de Souza ilə razılığa gəlib.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Aleksin komandasında "Fənərbağça"dan olan komanda yoldaşı Mehmet Aurelionun da yer alacağı bildirilib.

Məlumata görə, Sergen Yalçın vəzifəsini davam etdirdiyi müddətdə Aleks rəsmi olaraq imza atmaqdan imtina edib və Antalyaya gəlməyə razı olmayıb.

Braziliyalı çalışdırıcı rəsmi imzaların mövsümün sonunda həyata keçirilməsini istəyib.

Futbolçu karyerasını 2015-ci ildə başa vuran və 2021-ci ildə məşqçilik karyerasına başlayan Aleks təxminən 1,5 il San Paulonun gənclərdən ibarət U20 komandasını çalışdırıb.

2023-cü ilin yanvar ayında Braziliyanın 2-ci Liqası (B seriyası) komandalarından olan "Avai FC"ni sükanı arxasına keçən Aleksin macərası 4 ay davam etdi və may ayında klubla yollarını ayırıb.

2004-cü ilin yayında "Kruzeyro"dan 4 milyon avroya "Fənərbağça"ya transfer olunan Aleks De Souza 8 il forma geyindiyi "Fənərbaxça"da adını əfsanələr arasında yazdırıb.

İstanbul təmsilçisi ilə 8 ildə 344 matça çıxan Aleks 171 qol, 146 məhsuldar ötürmə ilə "Fənərbaxça" tarixinin bombardiri olub.

Qeyd edək ki, "Antalyaspor"un baş məşqçisi Sergen Yalçın dünən axşam "Pendikspor"a məğlubiyyətdən sonra verdiyi açıqlamada mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla