AZ

Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub

Cari mövsümün sonu Fransanın PSJ kollektivindən ayrılacaq olan Kilian Mbappenin yeni klubunda geyinəcəyi forma nömrəsi bəlli olub.

"Report" "Le Parisien"ə istinadən xəbər verir ki, İspaniyanın "Real" (Madrid) komandasına transferi gözlənilən 25 yaşlı hücumçu, "kral klubu"nda 10 nömrəli forma altında çıxış edəcək.

Keçidin AVRO-2024-ün oyunlarından əvvəl rəsmən açıqlanacağı bildirilib.

Qeyd edək ki, Mbappe Paris təmsilçisinin heyətində ümumilikdə 305 oyuna çıxıb və 255 qola imza atıb. Məşhur "Transfermarkt" portalı forvardın transfer qiymətini 180 milyon avro dəyərləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
27
Mənbələr
Şərh ()
Bağla