AZ

“Bu tamaşaya hər yaşda və başda baxmaq olar”

Xalq artisti Vidadi Həsənovun qurucusu olduğu “M.Teatr” yeni tamaşası “Ovod”un premyerasına hazırlaşır.

OLAY yazır ki, bu barədə sənətçi feysbuk hesabında paylaşım edib.

“Dostlar, bu tamaşaya hər yaşda və hər başda baxmaq olar. Bilet almağı unutmayın. “Mənim teatrım” sənin teatrındır”, - deyə, o, yazıb.

Səhnə əsərində Xalq artisti Vidadi Həsənov, aktrisa Oksana Rəsulova, aktyorlar İlqar Cahangir, Ziya Ağa, Tural Rza, Şamil İbrahimov, Cavid Baba, Ramiz Qəmbər rol alır.

Qeyd edək ki, tamaşanın premyerası 31 may tarixində baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla