AZ

Tusk: "Avropa daha yaxşı hazır olsaydı, Putin Ukraynaya hücum etməzdi"

"Dövrünün Avropa liderləri Rusiyadan gələn təhlükəni görə bilmədilər və Avropa İttifaqı təhlükəsizlik baxımından daha yaxşı hazır olsaydı, Kremlin rəhbəri Vladimir Putin Ukraynaya hücum etməzdi".

HİT.az xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk Katovitsedə keçirilən Avropa İqtisadi Konqresində çıxışı zamanı deyib.

Polşa hökumətinin başçısı vurğulayıb ki, bu gün Avropa öz səyləri, xüsusən də müdafiə xarakterli səyləri sayəsində təhlükəsiz qitəyə çevrilməlidir.

"Bu o demək deyil ki, Ukrayna bərabərsizlikləri nəzərə alaraq, Rusiyaya uduzmalıdır. Yox! Əgər Avropa daha hazırlıqlı olsaydı, Avropa və Avropa liderləri illər əvvəl kifayət qədər təxəyyülə malik olsaydılar, Avropa belə çətin dövrlərə daha yaxşı hazır olsaydı, bəlkə də Rusiya dostumuz Ukraynaya hücum etməyə cürət etməzdi", deyə Tusk vurğulayıb.

Onun sözlərinə görə, yaxın bir neçə ay ərzində Aİ səy göstərməli və müdafiə qabiliyyətini elə artırmalıdır ki, heç kim Avropaya hücum etməyə cürət etməsin.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla