"Çelsi"dən ayrılan müdafiəçi Tiaqo Silvanın "Fluminense"yə keçidi rəsmiləşib.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 39 yaşlı futbolçu Braziliya klubuna azad agent kimi qatılıb. Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Silva 2006-2009-cu illərdə də "Fluminense"də çıxış edib.
Qeyd edək ki, T.Silva 2020-ci ildən "Çelsi"də oynayırdı. O, "zadəganlar"ın heyətində ümumilikdə 152 oyuna çıxıb, 9 qol vurub və 4 qolun ötürməsini verib.