AZ

Ramilin baş məşqçi ilə yola davam

Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” klubunun Müşahidə Şurasının iclası keçirilib.

İdman.biz xəbər verir ki, baş məşqçi Mustafa Gürselə vəzifəsində qalmasına qərar verilib.

Uğursuz nəticələrdən sonra Ramilin komandasında vəziyyət gərginləşib. Son turda “Bodrumspor”a 0:3 hesablı məğlubiyyət klubda təcili toplantı ilə yadda qalıb. Fevralın 22-də “Kocaelispor”un baş məşqçi vəzifəsində Ertuğrul Sağlamı əvəz edən Gürsel də komandanı çətin vəziyyətdən çıxara bilməyib. Amma onun istefası qəbul olunmayıb.

Qeyd edək ki, Şeydayevin komandası növbəti turda “Sakaryaspor”la qarşılaşacaq. Komanda 55 xalla 6-cıpillədə qərarlaşıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
Mənbələr
Şərh ()
Bağla