AZ

Motosikletçi onu ötməyə qoymayan “Prius”un güzgüsünü sındırdı - VİDEO

Paytaxtda sürücülər arasında yaranmış mübahisə maddi ziyanla nəticələnib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında Ziya Bünyadov prospektində qeydə alınıb. Hərəkətdə olan 99-GR-627 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü arxadan gələn motosikletin ötməsinə əngəl törədir. Belə ki, o, manevr edərək moto sürücünü sıxışdırır. Daha sonra motosikletçi ona yaxınlaşaraq mübahisə etməyə başlayır. Lakin sürücü ona əhəmiyyət vermədən yoluna davam edir. Bu zaman əsəbiləşən moto sürücü yenidən “Prius”a yaxınlaşır və güzgüsünü sındırır.  

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla