AZ

"İdeal İnşaat" MTK 25 min manatadək cərimələnə bilər

"İdeal İnşaat" Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, MTK barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Fərid Əmirəliyevin icraatına verilib.

Qeyd edək ki, bu xətaya görə MTK iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
Mənbələr
Şərh ()
Bağla