AZ

"Paşinyanın sülh danışıqlarına gedəcəyi birmənalıdır" - Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın noyabra qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu deyib.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, bölgənin geosiyasi konfiqurasiyasının Qərbin xeyrinə olaraq dəyişdirilməsi məqsədilə Ermənistanda hakimiyyətə gətirilmiş Paşinyan iqtidarının Azərbaycanla münasibətlərin nizama salınmasına ehtiyacı əvvəlki dövrlərlə müqayisədə hədsiz dərəcədə artıb.Paşinyanın sülh danışıqlarına gedəcəyi birmənalıdır:

"Rəsmi İrəvanın Qərbdən olan gözləntiləri özünü doğrultmayib.Qərb Ermənistanın bəlli problemlərinin həllinə kifayət qədər maliyyə dəstəyi vermir,uzun müddətli və aşağı faizli kreditlərin ayrılması ilə bağlı Ermənistanın çağırışlarına münasibət deklorativ bəyanatlardan uzağa getməyib.Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Ermənistanın enerji və milli təhlükəsizliyinə etibarlı təminat yoxdur.Paşinyanın Azərbaycanla münasibətlərə xəyali,tarixi deyil,real Ermənistanın maraqlarından yanaşması nə Qərbi,nə də onu təslimçilik siyasətinin həyata keçirilməsinə görə ittiham edən müxalifəti və kilsəni qane etmir,demarkasiya məsələlərində əldə edilmiş razılıqlardan müxalif qüvvələr öz konyuktur maraqları konteksində istifadə edib narazı kütləni,xüsusilə millətçi kəsimi ona qarşı qaldırırlar.Rusiya ilə münasibətlərdə gərginlik qalır.Belə bir şəraitdə Paşinyan hakimiyyəti üçün Azərbaycanla sülh böyük önəm kəsb edir. Bu halda Ermənistan uzun müddət Azərbaycanın təzyiqləri ucbatından kənarda qaldığı regional layihələrdə yenidən yer almaq imkanları əldə edir. Rəsmi Bakı sülh müqaviləsindən sonra Ermənistanla iqtisadi,ticari münasibətləri bərpa etməyə,hətta onun enerji təhlükəsizliyində yer almağa hazır olduğunu qeyd edib. Bu anlamda Qərbdən təzyiqlərin olmayacağı halda Paşinyanın sülh danışıqlarına gedəcəyi birmənalıdır".


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla