AZ

Avrozonada pərakəndə satışlar artıb

Bu ilin mart ayında avrozonada pərakəndə satışlar 0,8 artıb.

Bakıvaxtı.az "USA Today"ə istinadən bildirir ki, bu, Avropa Statistika İdarəsinin (Eurostat) mart ayı üçün Avropa İttifaqı (Aİ) və avrozona üzrə dərc etdiyi pərakəndə satış məlumatlarında yer alıb.

Məlumata görə, avrozonada pərakəndə satışlar mart ayında aylıq baz üzrə 0,8 faiz, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,7 faiz artıb.

Aylıq bazda pərakəndə satışlarda ən yüksək artım Polşada 7.3 faiz,  Cənubi Kiprdə 4.8 faiz, Macarıstanda 2 faiz təşkil edib. Ən yüksək azalma isə İsveçdə 1.8 faiz, Maltada 1 faiz, Avstriyada 0,8 faiz olub.

Pərakəndə satışlar üzrə illik bazda artım Polşada 14,8 faiz, Lüksemburqda 10,3 faiz, Xorvatiyada 8,9 faiz müəyyən olunub. Ən yüksək azalma isə Belçikada 4,6 faiz, Estoniyada və Avstriyada  2,3 faiz qeydə alınıb.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla