AZ

Kamo Şahinyan: "Sakinlər demarkasiyanın nəticələrindən razıdır" - VİDEO

Kirants (Xeyrimli) icmasının rəhbəri Kamo Şahinyan:

"Kirants (Xeyrimli) sakinləri demarkasiyanın nəticələrindən razıdır və işçi qrupuna təşəkkür edir
Bəzən uzaqdan, bəzən yaxın məsafədən sərhəd postlarının qurulduğunu gördüm.

"Haçılar" adlı bir hündürlük var ki, düz xaç vardı orada. Oadan 25 metr endilər. Bunu edən insanlara xüsusi minnətdarlığımı bildirirəm. İndi bizim bu çıxıntımız qaldı - kənd hissəsi, ən ağrılı məsələ. Təqribən 9,5 hektarlıq ərazini itirə bilərdik, amma torpaqlarımızın bir santimetri də getmədi. 

İndi biz kəndin bir hissəsi və körpü ilə bağlı danışıqların nəticəsini gözləyirik. 7, 8, 9, 10, 11-ci nöqtələr tamamlanıb, orada bir santimetr torpaq itirmirik. 12, 13, 14-cü nöqtələr qalıb, heç nə verilməyib. 15-ci məntəqə onların kəndində yerləşir, əslində onların ərazisi idi, burada hamının bundan xəbəri var. Hazırda hər şey müsbətdir, bizim xeyrimizə və maraqlarımıza uyğundur. 

Demarkasiya nəticəsində 3 hektar ərazi Ermənistan tərəfinə verilir. Hazırda bir dənə də olsun özəlləşdirilən torpaq onlara getməyəcək.

Bu vaxta qədər baş verənlərdən razıyam".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla