AZ

Yaponiyanın Nepal planı

Yaponiyanın xarici işlər naziri Kamikava Yoko Katmanduya səfəri çərçivəsində Nepal baş nazirinin müavini və xarici işlər naziri Narayan Kaji Şrestha ilə görüşüb.

News24.az xəbər verir ki, görüş zamanı Kamikava və Şrestha Nepalın kənd təsərrüfatı, hidroenergetika, infrastrukturun inkişafı, sənaye istehsalı, turizm sahələrində inkişaf imkanlarını müzakirə ediblər.

Daha sonra Nepal mətbuatına açıqlama verən Şrestha Katmandu-Tokio iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı fikir mübadiləsi aparıldığını bildirib.

Yaponiya naziri Kamikava səfəri çərçivəsində Nepal Prezidenti Ram Çandra Poudel tərəfindən də qəbul edilib.

35 dəqiqə davam edən görüşdə prezident Poudel, "tarixən problemsiz" olaraq xarakterizə etdiyi Nepal-Yaponiya əlaqələrinin "ardıcıl harmoniya" olduğunu bildirib.

Yaponiyanı Nepalın sosial-iqtisadi inkişafında “önəmli və etibarlı tərəfdaş” kimi gördüklərini qeyd edən Poudel ikitərəfli əməkdaşlığı genişləndirmək istəyini vurğulayıb.

İKİ TƏRƏFLİ DIPLOMATİK MÜNASİBƏTLƏRİN 70 İLLİYİNƏ GÖRƏ

Görüş zamanı Kamikava Yaponiya-Nepal münasibətlərini ikitərəfli diplomatik əlaqələrin 70-ci ildönümünün qeyd olunacağı 2026-cı ilə doğru gücləndirmək istədiklərini bildirib.

Nepalın 2026-cı ilə qədər "Ən az inkişaf etmiş ölkələr" (LDC) qrupundan çıxmaq məqsədinin əhəmiyyətini qeyd edən Kamikava Yaponiyanın Nepalın davamlı inkişafına dəstək verəcəyini bildirib.

Yaponiyalı nazir paytaxt Katmanduya səfəri çərçivəsində YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan “Basantapur Durbar” bölgəsindəki mədəni irs abidələrini ziyarət edib.

Kamikava 1956-cı ildə Nepal-Yaponiya diplomatik münasibətləri qurulduqdan sonra bu ölkəyə səfər edən 4-cü Yaponiya xarici işlər naziri olub.

SON 16 İLDƏ 13 HÖKUMƏT

LDC qrupuna daxil olan və Asiyanın “ən kasıb ölkələri” arasında sayılan Nepalda adambaşına düşən ümumi daxili məhsul 1400 dollar civarındadır.

Nepalda 239 illik monarxiya hakimiyyəti 2007-ci ilin dekabrında ləğv edilib və 2008-ci ilin mayında respublikaya keçid edilib.

Keçiddən sonra son 16 ildə 13 hökumətin hakimiyyətdə olduğu Nepal tez-tez siyasi qeyri-sabitliyə və hökumət dəyişikliyinə səhnə olub.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla