AZ

Səudiyyə Ərəbistanı limanları zəvvarları qəbul etməyə hazırdır

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Pasport İdarəsi builki zəvvarların beynəlxalq hava, quru və dəniz limanları vasitəsilə qəbulu üçün hazırlıqlarını başa çatdırıb, ixtisaslı insan heyəti tərəfindən idarə olunan ən son texniki cihazlarla Allahın qonaqlarının müxtəlif dillərdə əməliyyatları tamamlayıb.

Hafta.az-ın yazdığına görə, Həcc ziyarəti ilə bağlı keçirilən toplantıda Pasport İdarəsinin baş direktoru, general-leytenant Süleyman əl-Yəhya idarənin əməkdaşlarını tapşırılan vəzifələri düzgün və bacarıqla yerinə yetirməyə, Allahın qonaqlarına xidmət üçün səylərini davam etdirməyə çağırıb.

Həcc Nazirliyi zəvvarların rahatlığını təmin etmək və onların səfərlərini asanlaşdıracaq texniki imkanlardan yararlanmaq üçün hər cür imkanların yaradılması istiqamətində davamlı fəaliyyəti çərçivəsində builki Həcc ziyarətində istifadə olunacaq “Nusuk” kartını bir müddət əvvəl istifadəyə verib.

“Nusuk” və “Tevekkalna” tətbiqlərində rəqəmsal versiyası da olan kart xaricdən gələnlərə viza verildikdən sonra Həcc idarələri vasitəsilə çatdırılaraq zəvvarların müxtəlif üstünlük və xidmətlərdən yararlanmasına şərait yaradır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla