AZ

Fransa Xarici İşlər Nazirliyi Rusiya səfirini geri çağırıb

Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Parisdəki səfiri Aleksey Meşkovu geri çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.

"Fransa bildirir ki, diplomatik kanallar növbəti dəfə informasiya ilə manipulyasiya etmək və qorxutmaq üçün sui-istifadə edilib", - Fransa Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik həmçinin bəyan edib ki, Moskva “məsuliyyəti dəyişməyə, təhdiddə Qərbi günahlandırmağa çalışır” və Rusiya Federasiyasını “hibrid hərəkətlər və kiberhücumlar vasitəsilə Avropa ölkələrində sabitliyi pozmaqda” ittiham edib.

Bundan əlavə, Fransa Xarici İşlər Nazirliyi əlavə edib ki, bu qərar Fransanın Moskvadakı səfiri Pyer Levinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılmasına reaksiyadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
operativmm.az

1Mənbələr