AZ

Putin: “Moskva Qərb ölkələri ilə dialoqdan imtina etmir”

"Moskva Qərb ölkələri ilə dialoqdan imtina etmir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin andiçmə mərasimində deyib.

"Biz Rusiyanı etibarlı və vicdanlı tərəfdaş kimi görən bütün ölkələrlə yaxşı münasibətlərin möhkəmləndirilməsinə açıq olmuşuq və olacağıq. Qərb dövlətləri ilə dialoqdan imtina etmirik”.

Putinin sözlərinə görə, Qərb ölkələri Rusiya əleyhinə aqressiv siyasəti davam etdirməklə Moskvayla əməkdaşlığı inkişaf etdirmək yollarını tapmaq arasında seçim etməli olacaqlar.
O vurğulayıb ki, Qərblə strateji təhlükəsizlik üzrə dialoq yalnız bərabər şərtlərlə, bir-birinin maraqlarına hörmətlə yanaşmaqla mümkündür.

Mənbə: Aif.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
3
Mənbələr
Şərh ()
Bağla