AZ

Moskvanın şiddətlənən nüvə təhdidləri: Kreml təhdidləri Medvedevin dili ilə çatdırır

Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbə qarşı nüvə ritorikasını, belə demək mümkündürsə, ikiqat artırıb.

Medvedev NATO-nun Ukraynaya qoşun göndərəcəyi təqdirdə, Rusiyanın ABŞ, Böyük Britaniya və Fransaya nüvə zərbəsi endirəcəyini bəyan edib.

Medvedevin bəyanatı Rusiyanın qeyri-strateji nüvə silahları (taktiki) üzrə təlimlərinin keçirilməsinin perspektiv hərbi hədəfini izah edir.

Lakin Medvedevin istinad etdiyi tip strateji nüvə silahlarının deyil, taktiki nüvə silahlarının tətbiqini nəzərdə tutur. Yəni Medvedev bildirir ki, Rusiya taktiki nüvə silahları ilə belə Vaşinqtonu, Parisi və Londonu vura bilər.

Bu, Moskvanın hələ strateji nüvə silahlarından istifadə edəcəyi təqdirdə yarana biləcək bəşəri fəlakətə inandırma əməliyyatının tərkib hissəsidir.

Lakin Rusiyada da bilirlər ki, Moskvada nüvə düyməsinə basılsa, NATO-nun, o cümlədən ABŞ, Britaniya və Fransanın bunun qisasını almaq üçün cavabı daha ağır ola bilər.

Bu baxımdan hazırda Moskvanın şiddətlənən nüvə təhdidləri daha çox:

- Ukraynanı dəstəkləyən ölkələrə qarşı Kremlin duruş gətirməsi üçün seçdiyi leksikondur,

- Moskvanın müəyyən “qırmızı xət”ləri keçildiyi təqdirdə, qeyri-strateji nüvə silahlarından istifadəyə qərar verəcəyinə Qərbi inandırmaqdır.

Cənab Medvedevin qorxu yaratmaq aktı həm də o zamana təsadüf edir ki, ABŞ Ukraynaya 61 milyard dollarlıq yardım paketini təsdiqləyib.

Üstəlik, Qərbdə Ukraynaya “F-16” qırıcılarının göndərilməsini öhdəliyinə götürən dövlətlərə qarşı xəbərdarlıqdır.

Deməli, Kreml Medvedevin dili ilə çatdırır ki:

- Əsasən ABŞ, Böyük Britaniya və Fransanı Ukraynaya hər hansı sensasiyalı dəstək aktından geri çəkilməyə məcbur etmək niyyətindədir,

- Rusiyanın taktiki nüvə silahları üzrə təlimləri Qərbdə Ukraynaya dəstək üçün qərar verənlərə qarşı çəkindirmədir.

Amma məntiqlə indiki vəziyyətdə Rusiyanın nüvə silahını müharibə meydanında və ya ondan kənarda tətbiq etmək ehtimalı olduqca zəif versiya kimi səslənir.

Həm də ona görə ki, Rusiya Ukrayna geniş nəzarət zolağı yarada bilib və onun yeni irəliləyişləri qeydə alınır. Bu vəziyyətdə nüvə silahlarının atılması bir o qədər real səslənmir.

Aqşin Kərimov

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13720
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11061
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9093
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2943
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2481
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2211
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2066
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2060
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1830
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1544
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1032
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
753
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
664
Azərbaycan nefti ucuzlaşdı
656
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
649
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
644
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
606
Arda Gülər dayanmır, yenə fərqləndi -
584