AZ

Faralar və alın şüşəsi çirklənmir – PİS ƏLAMƏT 

Artıq bir çox ölkədə, o cümlədən Azərbaycanda yol gedərkən avtomobilin faraları və şüşələri həşəratlarla çox da çirklənmir. 
Bunu bir çox səbəblə izah etmək olar. İlk növbədə demək olar ki, müasir avtomobillərin aerodinamikası 70-ci illərdəkindən fərqlənir. Bu fikir doğrudur. Amma aerodinamikası ilə yaxşı mənada seçilməyən Nivanın da şüşəsinə həşərat yapışmır. Bəs bunu necə izah edək? 

Avtosfer.az xəbər verir ki, Avropada bu məsələ ilə bağlı tədqiqat aparılıb. Məlum olub ki, səbəb həşərat populyasiyalarının azalmasıdır. Danimarkalı tədqiqatçılar son 20 ildə həşəratların sayının 80% azaldığını aşkar ediblər.  Bu məsələ avtomobil sürücülərinin işini asanlaşdırıb – maşını daha gec-gec yumaq lazım gəlir. 
Lakin ekologiya baxımından fəlakət göz qabağındadır. Həşəratların azalması quşların ac qalması və sayının azalması ilə nəticələnir. Həm də həşəratların məhv olması ölmüş orqanizmlərin parçalanmasını da gecikdirir.
İnsana təsirinə gəlincə, həşəratların azalması bitkilərin tozlanmasını ləngidir. Bunun nəticəsini isə ətraflı yazmağa ehtiyac yoxdur.

Vüqar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla