AZ

Aktrisa Zarina: “Deyirlər ki, el gözü ilə ailə qur, uşağın olsun, sonra da boşan” - VİDEO

“Günümüzün aktual problemi valideynin təkidi ilə övladının ailə qurmasıdır. Əsas da analar daha çox oğlan övladlarına bu təsiri göstərirlər. Deyirlər ki, sənin yaşın keçib, toy eləməlisən, nəvə toyu görməliyəm, nə qədər toya pul salmışam, evlən nəvə görüm. Sonda nəticə olaraq iki gənc bir-birini tanımadan, kəşf etmədən bir evə, bir yuvaya, bir yastığa baş qoyurlar və sonda elə bir nəticə alınır ki,  boşanırlar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Zarina Qurbanova qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. 

Zarina bildirib ki, həmkarları ona ailə qurub, uşaq dünyaya gətirib və sonra boşanmasını məsləhət görürlər: 

“Azərbaycan boşanmalarda ön sıralardadır. Bu bizim incəsənət adamlarına da aiddir. Misal üçün, mənim 33 yaşım var.
Deyirlər ki, ailə həyatı qur. Həmkarlarım deyir ki, el gözü ilə ərə get, bir uşağın olar, sonra da boşanarsan. Çox acınacaqlıdır.  Vacibdir, o uşaq atasız böyüsün? Bu eqoistlikdir. Sən gələcəkdə tək və yalnız qalmayasan və desinlər ki, ailən var. Bizim cəmiyyət çox yanlış yoldadır. Günahkar kimdir? Bir gənc olaraq düşünürəm ki, bütün günah bizim valideyinlərdədir”.  
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
50
Mənbələr
Şərh ()
Bağla