AZ

Keçmiş həyat yoldaşına 15 yerdən bıçaqla xəsarət etdi, bu azmış kimi…

Mübahisə zamanı Erkan Ozan keçmiş həyat yoldaşı Pınar G.-yə 15, birlikdə olduğu Volkan G.-yə isə 6 yerdən bıçaqla xəsarət yetirib.

Tribunainfo.az Ensonhaberler-ə istinadən xəbər verir ki,
Antalyanın Serik səmtinin Belkıs rayonunda Erkan Ozan təxminən 3 il əvvəl ayrıldığı Pınar G.-ni başqa kişi ilə görüb.

Bunun üzərinə tərəflər arasında mübahisə yaranıb və mübahisə böyüdükdən sonra Ozan bıçaqla hücum etdiyi Pınar G.-yə 15 yerdən, onunla birlikdə gördüyü Volkan G.-yə isə 6 yerdən xəsarət yetirib.

Volkan G. Pınar G.-ni şəxsi avtomobilinə mindirərək Serik Dövlət Xəstəxanasına gəlib.

Burada ilkin tibbi yardım alan və vəziyyəti ağır olan Pınar G. Antalyaya göndərilib. Serik Dövlət Xəstəxanasında Volkan G.-nin müalicəsi davam edir.

Polis tərəfindən saxlanılan Erkan Ozan ilk ifadəsində Pınar G. ilə 3 il əvvəl ayrıldığını, barışmaq və evlənmək üçün vaxtaşırı görüşmək istədiyini, keçmiş sevgilisini görəndə dediyini bildirib. -arvadının başqa kişi ilə nə etdiyini bilməyib onu bıçaqlayıb. Hadisə ilə bağlı istintaq davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla