AZ

“Qutsulun hökumətin tərkibinə daxil edilməsi dövlət təhlükəsizliyi üçün riskdir” – Moldova prezidenti

“Qutsulun hökumətə daxil edilməsi dövlət təhlükəsizliyi üçün riskdir”.

İnterpress.az xəbər verir ki, bunu Moldova prezidenti Mayya Sandu “Dud” tok-şousuna müsahibəsində deyib.

“Yevgeniya Qutsul (Qaqauziyanın rəhbəri) qaqauz xalqını deyil, korrupsioner qrupu təmsil edir. Belə insanlar hökumətdə ola bilməz.

Bu, ölkəmizin maraqlarına ziddir, bu, dövlət təhlükəsizliyimiz üçün riskdir”, – Sandu bildirib.

O, türk muxtariyyətinin başçısının hökumətə daxil edilməsi ilə bağlı fərmanı imzalamamaqla qanunu pozduğunu etiraf etməkdən imtina edib.

Moldova qanunvericiliyinə uyğun olaraq, Qaqauziyanın rəhbəri respublika hökumətinin tərkibinə daxil edilməlidir. Prezident Sandu Qutsulun seçkilərdə qalib gəldiyi 2023-cü ilin yazından bəri müvafiq fərman imzalamayıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla