AZ

Rusiyada bədbəxt hadisə: Pəncərədən şüşə parçasını atdı, üç yaşlı uşaq öldü – FOTOLAR

Rusiyanın Novqorod vilayətinin Staraya Russa şəhərində doqquz yaşlı uşağın pəncərədən şüşə parçasını qəsdən atması üç yaşlı körpənin ölümünə səbəb olub.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə mayın 5-də baş verib.

Şüşə parçası uşağın başına düşüb və o, reanimasiyaya yerləşdirilib. Həkimlər körpəni xilas edə bilməyiblər. Uşaq, mayın 7-də dünyasını dəyişib.

Məlum olub ki, bu, oğlanın insanlara hücumu ilk dəfə deyil. Ev sakinləri bildiriblər ki, oğlan mütəmadi olaraq pəncərədən əşyalar atıb.

Xuliqan psixiatr və polisdə qeydiyyatdadır. O, uşaq stulun ayağını pəncərədən yoldan keçənin üstünə atdığı zaman qeydə alınıb. Qadın qançırlar alıb.

Məlumta görə, indi oğlan zorla psixiatriya mərkəzinə müalicəyə göndərilib.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla