AZ

Müğənnilər canlı efirdə DALAŞDILAR: “Danışığını bilmirsən, həyasızlıq edirsən..” – VİDEO

Müğənnilər Mehriban Qənbərova və Pünhan Piriyev efirdə mübahisə ediblər.

Medianews.az xəbər verir ki, MTV-də “Tarixin bir günü” verilişinin qonağı olan hər iki müğənniyə aralarında hər hansı küskünlüyün, narazılığın olub-olmaması ilə bağlı sual ünvanlanıb.

Tərəflər əvvəlcə belə bir halın olmamasını söyləsələr də, verilişin gedişində Mehriban Qənbərovanın sözləri Pünhan Piriyevi əsəbiləşdirib.

Mehriban Qənbərova buna cavab olaraq müğənni həmkarına irad tutub, ağzının danışığını bilmədiyini, həyasızlıq etdiyini söyləyib: “Hər zaman olduğu kimi yenə də danışığını bilmirsən… Mən qadınam amma özümü sənin kimi həyasızlığa qoymuram… Ağzından çıxan sözlərə fikir ver”.

Pünhan Piriyev isə ona cavab olaraq “Mənim insanlığım da var, kişiliyim də var. Hər yerə gedəndə də hörmətlə qarşılanıram. Nə danışığımı da bilirəm, yerimi də. Paxıl deyiləm, kiməsə qarşı xainliyim də yoxdur”, – deyib.

Aparıcı Tarix Əliyev tərəfləri sakitləşdirməyə çalışıb.

Daha ətraflı videoda:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla