AZ

Şəhidin qardaşı faciəli şəkildə vəfat etdi - toyu olacaqdı - FOTO

Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan Bild çinlilərin aldığı və "casusluq” edildiyi iddia edilən "Pasxa" adlı əxlaqsızlıq yuvasında baş verənləri oxucularına açıqlayıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, qəzet 2021-ci ildə Hornstrassedəki nəhəng məkanı 11 milyon avroya alan çinli qadının insan alveri və casusluq iddiası ilə istintaq altında olduğunu iddia edib.

46 yaşlı Jing Hu adlı qadınla bağlı çox az məlumatın olduğu da qeyd edilib.
 
Həmçinin 2021-ci ildə satılan fahişəxananın sahibi olan qadının fotosunun çox bulanıq olduğu və çox gizli həyat sürdüyü bildirilib.

Alman polisinin 2 həftə əvvəl basqın edərək dəstə üzvlərini yaxaladığı bildirilərkən təşkilatın Alman vətəndaşlığı vədi ilə zəngin Çinliləri aldatdığı da bildirilib.
 
Çinlilərin Almaniyada 360 min avroya yaşamaq icazəsi aldıqları məlum olub.

Araşdırmalar nəticəsində Bild təşkilatın 2015-2024-cü illər arasında ən azı 9,2 milyon avro gəlir əldə etdiyini ortaya qoyub.

Bild 1996-cı ildə Eros Mərkəzi adı ilə qurulan və koronavirus epidemiyasına qədər ciddi gəlir əldə edən məkanın dünyanı cənginə alan epidemiyadan sonra müflis olduğunu yazaraq yüksək səviyyəli binaların müxtəlif mərtəbələrində fərqli hadisələrin yaşandığını qeyd edib. 

Bəzi mərtəbələrdə fahişəlik edildiyi, bəzi mərtəbələrdə isə konsertlər və striptiz şoularının keçirildiyi bildirilib.

Yalnız 18 yaşından yuxarı kişilərin buraxıldığı və kişilərin 5 avroya girə biləcəyi bildirilərkən qəzet 7-ci mərtəbədə yalnız transseksualların işlədiyini də yazıb.
 
Onu da qeyd edək ki, fahişələrin Pasxada müstəqil işlədikləri və aralarında razılaşma olduğu da bildirilib.
  
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
Mənbələr
Şərh ()
Bağla