AZ

Xavyer Sanetti: “Lautaro Martines “İnter”də qalacaq”

“İnter”in vitse-prezidenti Xavyer Sanetti “neradzurri”nin hücumçusu Lautaro Martinesin yaxın gələcəkdə klubu tərk etməyəcəyini bildirib.

Arena.az məşhur italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, argentinalı mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:

“O, şübhəsiz ki, növbəti mövsümdə kapitanımız olacaq. Lautaro müqaviləsinin müddətini uzadıb, qalır”, deyə Xavyer Sanetti bildirib.

Xatırladaq ki, cari mövsüm İtaliya çempionluğunu erkən surətdə təmin etmiş “İnter” hazırda növbəti övsüm hazırlıqları ilə məşğuldur. Klub rəhbərliyinin əsas məqsədi qalib heyəti qorumaq və gücləndirmək istiqamətində fəaliyyətə yönəlib. Argentinalı mərkəz hücumçusu Lautaro Martines isə “neradzurri”nin hücum xəttinin aparıcı futbolçusudur.

Lautaro Martines “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib. Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 42 oyuna çıxıb, 26 qol vurub, 6 məhsuldar ötürmə verib.
Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 280 oyun, 128 qol, 42 məhsuldar ötürmə.

Martines “neradzurri” ilə 2 dəfə A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən mövsümdə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 56 oyuna çıxıb, 22 qol vurub, 8 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci il Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla