AZ

Putin rəsmi şəkildə Pusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Bu gün Kremlin saytı xəbər verib ki, Vladimir Putin and içərək Rusiya Federasiyasının prezidenti vəzifəsinin icrasına başlayıb. Məlumatı “Anadolu” verib. 

Mərasim Böyük Kreml Sarayının Müqəddəs Endryu zalına Rusiya dövlət bayrağının, prezident ştandartının, Rusiya Konstitusiyasının və Rusiya Prezidentinin işarəsinin təntənəli şəkildə təqdim edilməsi ilə başlayıb. Rusiya Konstitusiyasının 82-ci maddəsinə uyğun olaraq, Federasiya Şurasının üzvləri, Dövlət Dumasının deputatları və Rusiya Federasiyası Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə Vladimir Putin Rusiya xalqı qarşısında and içib. Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin Vladimir Putinin prezident postuna keçdiyini elan edib.

“Sizi əmin edirəm ki, gələcəkdə Rusiya xalqının maraqları və təhlükəsizliyi mənim üçün hər şeydən üstün olacaq”, - Putin mərasimdə çıxış edərək deyib. 

Rusiya Federasiyasının Prezidenti əmin olduğunu bildirib ki, Rusiya xalqı ilə birlikdə “bu çətin, əlamətdar dövrü keçəcək”, “daha ​​da güclənəcək” və “uzunmüddətli planlar və böyük layihələri həyata keçirəcək”. 

Putin deyib: “Biz Rusiyanı etibarlı və vicdanlı tərəfdaş kimi görən bütün ölkələrlə yaxşı münasibətlərin möhkəmləndirilməsinə açıq olmuşuq və açıq olacağıq”. Onun sözlərinə görə, Rusiya Qərb dövlətləri ilə dialoqdan imtina etmir və yalnız bərabər şərtlərlə, bir-birinin maraqlarına hörmətlə”.

RF Prezidenti bildirib: “Avrasiya inteqrasiyası üzrə tərəfdaşlarımızla, digər suveren inkişaf mərkəzləri ilə birlikdə biz çoxqütblü dünya nizamının, bərabər və bölünməz təhlükəsizlik sisteminin formalaşdırılması istiqamətində işi davam etdirəcəyik”. 

 

P.ƏMİRCANOV

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
50
Mənbələr
Şərh ()
Bağla