AZ

Paşinyan Avrasiya İqtisadi Şurasının yubiley sammitində iştirak edəvcək

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də Ali Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley sammitində iştirak etmək və Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcək. Məlumatı “İnterfaks.ru” verib. 

“Sabah mən Moskvaya gedəcəyəm, orada Aİİ sammitinə sədrlik edəcəyəm”, - Paşinyan bu gün mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti ilə görüşdə “yığılmış problemlər” müzakirə olunacaq.

“Rusiya ilə münasibətlərin gündəliyi çoxtərəflidir, bu müddət ərzində bir çox problemlər ortaya çıxıb və biz heç vaxt bu problemlərdən danışmaq xətrinə danışmağı düşünməmişik. Həmçinin, Ermənistan və Rusiya arasındakı dostluq münasibətləri kontekstindən mənfi nüansları aradan qaldırmaq üçün, əlbəttə ki, ikitərəfli və çoxtərəfli münasibətlərimizin bütün gündəliyini müzakirə edəcəyik”, - Paşinyan bildirib.

 

P.ƏMİRCANOV

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
Mənbələr
Şərh ()
Bağla