AZ

Karyerasında ilk dəfə bu aqibətlə üzləşdi

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə Premyer Liqasının 36-cı turunun "Kristal Pelas"la oyununu (0:4) buraxıb.

Publika.az xəbər verir ki, bu, futbolçu üçün qeyri-adi məqamla əlamətdar olub. 29 yaşlı portuqaliyalı zədə səbəbindən klub karyerasında ilk dəfə komandasının matçını buraxıb. Bu barədə "TNT Sports" məlumat yayıb.

Fernandes buna qədər yalnız sarı və ya qırmızı vərəqə cəzalarına görə oyun buraxıb.

Bruno bu mövsüm bütün turnirlərdə "Yunayted" forması ilə 45 oyununda 15 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla