AZ

Ermənistanda rusiyayönlü blogerə cinayət işi açıldı

Ermənistan İstintaq Komitəsi erməni jurnalist Jirayr Voskanyanın şikayəti əsasında rusiyayönlü bloger Mika Badalyana cinayət işi açıb.
BUTA.TV xəbər verir ki, bu barədə İstintaq Komitəsindən məlumat yayılıb. Voskanyan hüquq-mühafizə orqanlarına şikayətində bildirib ki, mayın 5-də axşam İrəvanın mərkəzindəki klubların birində Badalyan və dostları onunla mübahisə edib, ədəbsiz barmaq işarəsi göstərib və fiziki zərər veriblər.

“Daxil olan məlumatla bağlı “bir qrup şəxs tərəfindən xuliqanlıq” və “özbaşınalıq” maddələri ilə cinayət işi başlanıb. Voskanyan zərərçəkmiş kimi tanınıb”, - məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla