AZ

AÇ-də iştirak şansı yoxdu

Domeniko Tedesko Tibo Kurtuanı məyus edib.

Futbolçu yayda Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcək.
Bu barədə Belçika yığmsının baş məşqçisi açıqlama verib. O, 31 yaşlı qapıçının aldığı ardıcıl zədələr səbəbindən komandaya çağırılmayacağını bildirib. Tedesko formada olan və zədəsi olmayan futbolçulara üstünlük verəcəyini deyib.
Qeyd edək ki, cari mövsümün əvvəlində dizinin çarpaz bağları zədələnən Tibo uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı. O, sıraya döndükdən dərhal sonra yenidən zədələnib. Bir neçə gün əvvəl məşqlərə başlayan Kurtua bu mövsüm bütün turnirlərdə ümumilikdə 48 matçı buraxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla