AZ

Bakıda oteldə vəzifəli şəxslər zəhərləndi, 2 nəfər vəfat etdi (YENİLƏNİB/AÇIQLAMA/FOTO)

Səbail rayonu ərazisində yerləşən məşhur oteldə zəhərlənərək sağ qalan iki nəfərin son durumu açıqlanıb. 

Bu barədə Qaynarinfo-nun sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, iki nəfər (kişi cinsli) zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi tibbi müdaxilələr davam etdirilir.

13.18
 
Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib.

Oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Əvvəlcə onların qidadan zəhərləndiyi bildirilib. Amma həkimlər bu zəhərlənmədə şübhəli məqamların olduğu istisna etmir.

Hüquq-mühafizə orqanları tərəfindən təfərrüatı öyrənilən hadisənin imkan qədər gizli saxlanılmağına çalışılır.

Görünür, bu, vəfat edənlərdən birinin atasının yüksək vəzifədə olması ilə bağlıdır.

Bakupost.az -ın əməkdaşı sağ qalan şəxslərin adlarını və fotolarını əldə edə bilib. Həmin şəxslərin birinin adı Nicat, digərinin adı Xəzərdir. Sinif yoldaşı olublar. Nicat Astara Gömrük İdarəsinin əməkdaşıdır. Xəzər isə hərbçidir. Onların vəziyyətinin ağır olduğu bildirilir.
 
 

 
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
49
Mənbələr
Şərh ()
Bağla