AZ

"İnter"in futbolçusu "Beşiktaş"a keçə bilər

"İnter"in yarımmüdafiəçisi Devi Klassen karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Beşiktaş" niderlandlı futbolçunu transfer etmək istəyir.Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Beşiktaş"ın idamn direktoru Samet Aybaba 31 yaşlı dayaq yarımmüdafiəçisi ilə görüşüb. İstanbul təmsilçisi klubu ilə müqaviləsi yayda başa çatan təcrübəli futbolçu üçün illik 3 milyon avro maaş təklif edib. Orta xətt oyunçusu "ağ-qaralar"da oynamağa isti yanaşır.

Qeyd edək ki, Devi Klassen "İnter"ə 2023-cü ilin yayında azad agent statusu ilə keçib. Niderland millisinin üzvü Milan təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
1
Mənbələr
Şərh ()
Bağla