AZ

Qəzzada son durum: Ölənlərin sayı artır

İsrail ordusunun hücumlarını davam etdirdiyi Qəzza zolağında can itkisi 34 min 789 nəfərə çatıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, son 24 saatda daha 54 fələstinlinin həyatını itirdiyi, 90 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edilib ki, İsrailin Qəzza zolağına 214 gün ərzində təşkil etdiyi hücumlarda ölənlərin sayı 34 min 789-a, yaralıların sayı isə 78 min 204-ə yüksəlib.

Dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla