AZ

“Biz meymunlar hələ yaşayırıq”

“Biz meymunlar hələ yaşayırıq”.

Msport.az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, bunu futbol üzrə Paraqvay milli komandasının keçmiş qapıçısı Xose Luis Çilavert bir müddət öncə vəfat etmiş “Barselona”nın və Argentina yığmasının sabiq baş məşqçisi Sezar Luis Menottinin vaxtilə onu tənqid etdiyi və meymun adlandırdığı görüntüləri üzə çıxaran “X” sosial şəbəkə istifadəçisinə cavab verərkən deyib.

Menotti illər öncə Çilavert haqqında sualı cavablandırarkən bu sözləri söyləyib: “Çilavertlə nə etmək lazımdır? Onu məktəblərdə gəzdirmək lazımdır ki, uşaqlar 40.000.000 il əvvəl insanın necə yarandığını bilsinlər. Əvvəl Çilavert, sonra meymun”.

Paraqvaylı sabiq qolkiper açıqlamasında bunu xatırladan sosial şəbəkə istifadəçisinə cavab verib: “Biz meymunlar hələ də yaşayırıq və narkotik aludəçisi olan uşaqlarımız yoxdur. 90-cı illərdə biz onların hamısını tutmuşuq”.

Qeyd edək ki, qolkiper 1989-2003-cü illərdə Paraqvay millisinin qapısını qoruyub. Daha çox cərimə zərbələrindən fərlənməklə yadda qalan keçmiş qapıçı, karyerası ərzində rəqib qapılarına 46 dəfə yol tapıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla