AZ

Paşinyan: "Ermənistanın milli təhlükəsizlik strategiyasına yenidən baxmaq lazımdır"

“Davam edən proseslər bizi belə qənaətə gətirdi ki, Ermənistanın inkişaf strategiyasına yenidən baxılmalıdır. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, milli təhlükəsizlik strategiyası mütləq nəzərdən keçirilməlidir və bu proses artıq işçi səviyyədə başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.

Paşinyanın sözlərinə görə, Ermənistanın təhlükəsizliyini xarici əlaqələrin şaxələndirilməsi, ordu islahatları, hərtərəfli müdafiə və təhlükəsizlik sisteminin həyata keçirilməsi ilə təmin etmək olar. O, həmçinin vurğulayıb ki, Ermənistan Respublikasının mövcud olmasının səbəbi tarixi ədalətə və milli gündəmlərə xidmət etmək deyil, ölkə vətəndaşlarının azadlığını, xoşbəxtliyini və firavanlığını təmin etmək olmalıdır.

Qeyd edək ki, Nikol Paşinyan mayın 8-də Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. İki ölkə liderlərinin son vaxtlar Moskva-İrəvan münasibətlərində yığılan problemli məsələləri “açıq müzakirə” edəcəyi planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla