AZ

Erməni keşişlə bağlı detallar üzə çıxdı: Qarabağ müharibəsində…

Ermənistanın keçmiş ədliyyə naziri Gevorq Danielyan özünün “Facebook” səhifəsində erməni kilsəninin son vaxtlar ölkədə hakimiyyət əleyhinə etiraz aksiyaları təşkil etməsini pisləyib. O, bu barədə yazıb: 

“Türk təbliğatına uyğun olaraq erməni kilsəsinə qarşı irəli sürülən absurd suallara və yalanlara toxunmaq istəməzdim. Amma bu sualı vurğulayacağam: “Erməni kilsəsi müharibə günlərində harada idi?” 

Cebhe.info-nun məlumatlına görə, “Aysor.am” xəbər portalının Danielyana cavabı hazırda aksiyalara rəhbərlik edən arxiyepiskop Baqrat Srbazanla bağlı yeni detalları ortaya çıxarıb. Məlum olub ki, Baqrat Qalstanyan 44 günlük müharibə zamanı Qarabağda Azərbaycana qarşı fəaliyyət göstərib. “Bəlli səbəblərə görə siz Baqrat Srbazanı hədəf seçdiyiniz üçün dəqiq bilirsiniz ki, o, müharibənin ilk günündən Şuşaya gedib. Bütün bu müddət ərzində əsgərlərin və dinc əhalinin yanında olub, onların sarsılmaz ruhunu yüksək tutmağa çalışıb”,-deyə qeyd edilir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla