AZ

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib. Təhsil müəssisələrində sertifikatlaşma üçün əvvəlki kimi 5 deyil, 3 il tələb olunur. Yaşı 60 və daha yuxarı olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı məsələlər Milli Məclisin iclasında gündəliyə çıxarılan “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

 

Sənəd sosial müdafiəsi gücləndirilən müəllimlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə dövlət məktəbəqədər təhsil müəssisələrində də təhsilverənlərin sertifikatlaşdırmadan keçirilməsini nəzərdə tutur.

 

Dəyişikliklər təklif olunan elmi-tədqiqat işlərinə diqqətin artırılması, ali və orta ixtisas təhsili müəssisələrinə tədris planlarının hazırlanması hüququnun verilməsi, təhsil sahəsində dövlətin vəzifələrinin artırılması kimi məsələləri özündə ehtiva edir. 

 

Qanun layihəsinə əsasən, peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları müəyyən edilir.

 

Təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən edilir, həmçinin ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası təsdiq edilir.

 

Altmış və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

 

Qanun layihəsi səsvermədən sonra üçüncü oxunuşda qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
2
Mənbələr
Şərh ()
Bağla