AZ

NAZİRLƏR ŞURASININ İCLAS ZALINDA TELEFON DİNLƏMƏLƏRİ AŞKARLANIB

Polşa kəşfiyyat xidmətləri Nazirlər Şurasının iclasının keçiriləcəyi zalda dinləmə cihazlarını aşkar edərək söküblər.

“Dövlət Təhlükəsizliyi Xidməti Daxili Təhlükəsizlik Agentliyi ilə birgə bu gün Katovitsedə Nazirlər Şurasının iclasının keçiriləcəyi otaqda telefon danışıqlarının dinlənilməsi üçün istifadə oluna bilən qurğular aşkar edərək söküb”, — deyə respublikanın kəşfiyyat xidmətlərini əlaqələndirən nazirin mətbuat katibi Yaçek Dobrzinski bildirib.

Onun sözlərinə görə, kəşfiyyat orqanları bu hadisəni araşdırır.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla