AZ

Avropa hərbi sənayesi imkanlarını Ukrayna üçün birləşdirir

Avropa İttifaqı (Aİ) institutlarının, hökumətlərinin, müdafiə sənayesi müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri Ukrayna ilə hərbi əməkdaşlığı gücləndirmək üçün Brüsseldə keçirilən forumda bir araya gəliblər.

Ukrayna ilə bağlı əməkdaşlığın gücləndirilməsi və silah-sursat istehsalının artırılmasının müzakirə olunduğu toplantıya Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ev sahibliyi edir.

Borrell forumun əvvəlində deyib: “Əlbəttə, Ukrayna müharibə şəraitində olan ölkədir. Rusiya işğalından müdafiə olunmaq üçün sənaye potensialını, müdafiə qabiliyyətini və istehsalı artırmaq imkanlarını hədəfləyir. Biz Ukraynanın müdafiə imkanlarını sənaye nöqteyi-nəzərindən özümüzlə birləşdirməliyik”.

"Məqsədimiz Ukrayna silahlı qüvvələri üçün müttəfiq ölkələrin müdafiə sənayesindən satınalmalar üçün əlavə maliyyə tapmaqdır", - deyə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin bildirib.

Forumda Avropa İttifaqına üzv 25 ölkədən 140-dan çox müdafiə sənayesi müəssisəsi iştirak edir.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
azpolitika.info

1Mənbələr