AZ

Qərbdəkilər Paşinyana öz qareginləri kimi yanaşırlar - Sahib Alıyev

Yazını böyüt
Yazını kiçilt

“Qazaxın 4 kəndinin geri qaytarılmsına qarşı Ermənistanda dirəniş göstərilir. Bu dirəniş aksiyasının təşkili indi də Qriqorian kilsəsinə tapşırılıb. Həmin kilsənin qabağa verdiyi keşiş Baqrat da, böyüyü II Qaregin də I Vazgenin ötən əsrin 90-cı illərində oynadığı rolu oynayırlar".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev bildirib.

Deputat bildirib ki, hay mənbələrinin özlərinin bildirdiklərinə görə onlar dindən çox, yaxşı tanıdığımız bir ölkənin bəlli strukturuna bağlıdırlar.

“Qriqorian kilsəsinin əsrlərdir fitnə və terror yuvası kimi fəaliyyət təcrübəsi var. Bu kilsə yenə keçmişdəki ənənələrini davam etdirir. Qərbdəkilər Paşinyana öz qareginləri kimi yanaşırlar.

Ermənilər öz medialarında xaçlı yürüşülərinə romantik çalar vermək üçün Ermənistanı bir zamanlar səlibçilərin uydurduqları ölkə, Paşinyanı isə o uydurma ölkənin hökmdarı olmuş "Presviter İohan" kimi təqdim edirlər. Çünki indiki qlobal geosiyasi konyunktura həm də dini ayrı-seçkilik zəminində formalaşdırlıb”.

Deputat hesab edir ki, bu reallıqları, eləcə də son yarım ayda regionda baş verənləri göz önünə gətirsək, ötən həftə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun nə qədər böyük önəm daşıdığını görməmək mümkün deyil.
“Cənab İlham Əliyevin orada islamafobiyanı, neomüstəmləkəçilik meyllərini kəskin tənqidi göstərdi ki, bu qəbildən olan tədbirlər dövlət başçımızın fevralın 14-də andiçmə törənində haqqında danışdığı yeni xarici siyasət prioritetlərinin reallaşdırıldığı platformalardan biri kimi çıxış edir və edəcək”.

S.Alıyev ABŞ səfirinin Şuşaya səfərinə də diqqət çəkib.

“Ağ evdə və Dövlət Departamentində hay diasporuna sıx bağlı olanlar öz diplomatlarını pis vəziyyətdə qoymamalıdırlar. ABŞ 1945-ci ildə təslimçilik aktı imzalanan zaman alman feldmarşalı Keytelin təmsilçilərinə öldürücü baxışlarla nəzərə salaraq “Biz bunlara da uduzmuşuq ki”,- dediyi Fransa deyil axı.

Hazırda işi məhkəmədə olan senator Menendesdən heç bir baxımdan fərqlənməyən bəzi ABŞ rəsmiləri bilməsə də, Pentaqonda və digər strukturlardakı dərin adamlar Azərbaycanın bu regionda oynadığı roldan da, Xəzər hövzəsini qərbə dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin açdığından, Əfqanıstanda və bir çox başqa yerlərdə verdiyimiz dəstəkdən, eləcə də Şuşanın necə azad edildiyindən də yaxşı xəbərdardılar. Ona görə gözəl bilirlər ki, Qarabağı Kosovoya çevirmək mümkünsüzdür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla